Menu
Geri İrəli

“Müddətsiz, ucuz və elektron lisenziyalar dövrü başladı” – MİLLƏT VƏKİLİNDƏN ŞƏRH

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

tahir mirkisiliAzərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmana əsasən, özəl mühafizə fəaliyyəti üçün lisenziyanın məbləği iki dəfə aşağı azaldılıb.

Fərmanla Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün) və Daxili İşlər Nazirliyi (digər hallarda) tərəfindən özəl mühafizə fəaliyyəti üçün lisenziyanın dövlət rüsumu 1500 manat olub. İndiyədək bu məbləğ 3000 manat idi.

Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edib. 

“Ümumilikdə lisenziyaların sayı 40% azaldılıb. Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək azaldılıb.

Saxlanılan lisenziyaların 33 növünün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyi ilə bağlı 4 növünün isə digər dövlət orqanları tərəfindən verilməsi nəzərdə tutulur.

Lisenziyalar artıq müddətsiz veriləcəkdir. Həmçinin bu günədək verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz hesab ediləcəkdir.

Lisenziyanın verilməsi barədə qərarın qəbul edilməsi müddəti 15 gündən 10 günə endirilib.

Lisenziya verilməsinə görə ödənilməli olan mövcud dövlət rüsumlarının məbləği iki dəfə azaldılıb.

Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab ediləcəkdir.

Lisenziya tələb olunan sahibkarlıq fəaliyyətinin Azərbaycan Respublikasının regionlarında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulub.

Bütün lisenziyalarln “Elektron Portal”da yerləşdirilməsi nəzərdə tutulub.”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın