Menu
Geri İrəli

Müəllimlər İnstitutunun Sumqayıt filialları ləğv edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2015 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur

Ilham_Aliyev_040512Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilsin.

“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanının 10-cu hissəsindən “Mingəçevir (Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında),” və “Salyan (Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında), Sumqayıt (Sumqayıt Politexnik Texnikumunun bazasında)” sözləri çıxarılıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın