Menu
Geri İrəli

Muğam gecəsi keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2010 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

tedbirF.Əmirov adına Uşaq Musiqi məktəbində Muğam gecəsi keçirildi.

Gecədə məktəbin “Xalq çalğı alətləri” şöbəsinin “Səs muğam” sinfinin müəllim və şagirdlərinin ifa etdiyi “Bayatı Kürd”, “Qatar”, “Şahnaz”, Simayi-Şəms”  muğamları, “Zabul”, “Bayatı-Şiraz”. “Əraq”, “Çahargah” təsnifləri, “Sarı-gəlin” və s. xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə iştirak edən Milli Konservatoriyanın instrumental-muğam kafedrasının müdiri, professor Malik Quliyev çıxış edərək belə gözəl tədbir hazırladığına görə məktəbin rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürünü bildirdi və muğamın tarixi və insanlara bəxş etdiyi xoş hisslərlə bağlı öz təəssüratını boilüşdürdü.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın