Menu
Geri İrəli

Müqəddəs Ramazan bayramında ahıllar Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən yad olundular.

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Avqust 2014 • Baxış sayı: 657 dəfə • Şərh yoxdur

 Ramazan ayı xeyir-bərəkəti çox olan əzəmətli bir aydır.Ən şəfqətli və müqəddəs ay hesab olunan bu ayda xəstələrə,kiməsizlərə,yardıma möhtac olan insanlara  əl uzatmaq eyni zamanda oruc tutan aztəminatlı ailələr,ahıllar üçün  iftar süfrəsi təşkil etmək savab iş hesab olunur.

DSC_0095

İyul ayının 26-da Müqəddəs Ramazan ayı münasibətilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi qeydiyyatında olan, ömrünun müdriklik çağını yaşayan tənha və ahıl insanlar üçün bayram tədbiri keçirildi. Tədbiri Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova giriş sözü ilə açaraq ahılları bu gözəl bayram münasibətilə təbrik etmiş, Sumqayıt şəhərinın təməlini qoyan,onu  qurub-yaradan bu insanlara can sağlığı arzuladı. Sədr tədbirin keçirilməsində daima bölməni öz diqqət və qayğısı ilə əhatə edən Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Sonra söz Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımova verildi və o da öz növbəsində şəhər rəhbərliyinin təbriklərini ömrünun ahıllıq çağını yaşayan  bu müdrik  insanlara çatdırdı və onlara ən xoş arzularını bildirdi.

Tədbirin sonunda 200 nəfər dəvətli qocalara ərzaq bağlamaları paylanıldı. Söz alan qocalar da daima onları diqqətdə saxlayan İcra hakimiyyəti və Aypara cəmiyyətinin nümayəndələrinə təşəkkürlərini bildirdilər.

Bundan əlavə ay ərzində QAC Sumqayıt şəhər bölməsi 42 əlil uşaqlara, 46 nəfər yataq xəstələrinə və ümumilikdə  qeydiyyatında olan 358 nəfərə hümanitar yardımlar etmiş və iftar süfrələrində 581 nəfər ahıllara qulluq göstərmişdilər. Qeyd edək ki, humanitar yardımlar və iftar süfrələrində qulluqlar bölmənin könüllüləri tərəfindən həyata keçirildi.

20140726_114500 20140726_120023 DSC_0031 DSC_0064 DSC_0071 DSC_0095 DSC_0040 DSC_0062

Facebook Şərhləndirmə:

Şərhinizi yazın