Menu
Geri İrəli

Müstəntiq Gülər Əhmədovanı niyə dindirə bilmədi?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2013 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

Müstəntiq Gülər Əhmədovanı dindirə bilməyib. Bunu vəkil Raqif Mustafayev deyib.

R. Mustafayev bildirib ki, istintaqı aparan müstəntiqlə birlikdə martın 9-da axşam G. Əhmədovanı dindirmək üçün təcridxanaya gediblər, lakin G. Əhmədovanın vəziyyəti pisləşdiyindən dindirmə baş tutmayıb: “Həmin vaxt Gülər xanımın vəziyyəti pisləşdi. Ürək tutmaları olurdu. Ona tibbi yardım göstərildi. Dindirmə isə baş tutmadı. Müstəntiq də gördü ki, vəziyyəti yaxşı deyil”.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. /APA/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın