Menu
Geri İrəli

“Müştərinin şəklini bloka yapışdıran banka 2000 manat təzminat kəsilib” -SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2015 • Baxış sayı: 884 dəfə • Şərh yoxdur

anarBank pulunu gecikdirən şəxsin şəklini bloklara yapışdırır. Məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir. Maraqlı nüanslardan biri odur ki, qeyd olunan şəkildə bankın adı qeyd olunmayıb.

Vəkil Anar Qasımov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, banklar ilk dəfə deyil ki, bu addımı atır: “Əslində bu ilk insident deyil. Sumqayıtda yerləşən banklardan biri müştərinin yaşadığı binanın blokuna onun şəklini yapışdırmışdı. Biz bu məsələ ilə bağlı bankın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmədə biz məbləği kifayət qədər yüksək qoymuşduq. Amma məhkəmə müştəriyə vurduğu mənəvi ziyana görə 2000 manat təzminat kəsdi. Eyni zamanda, bank müştərinin şəklini yapşdırdığı yerlərdə üzrxahlıq elanları da yapışdırmalı idi. Bank məhkəmənin bu qərarından apellyasiyaya məhkəməsinə şikayət ərzisəi vermişdi. Amma apellyasiya məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin verdiyi qərarı qüvvəsində saxladı. Ümumiyyətlə bu qanunla qadağan olunan bir prosesdir. Banklar müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən müştərini məhkəməyə verə bilər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın