Menu
Geri İrəli

Müşviqabaddan Sumqayıta gedən yolda dəhşətli qəza – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

Abşeron rayonunda, Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda “Opel” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

 Hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

qeza (1) qeza (2) qeza (3) qeza (4)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın