Menu
Geri İrəli

Millət Vəkili Sumqayıtda Əlillər Cəmiyyətinin üzvləri ilə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur
Share Button

Milli Məclisin deputatı Sumqayıtda fəaliyyət göstərən Əlillər Cəmiyyətinin üzvləri ilə görüşüb.

 sumqayitxeber.com saytı məlumat verir ki, Sumqayıt 43 saylı üçüncü seçki dairə­sindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayev 7 avqust 2013-cü il tarixində respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətinin üzvləri ilə görüşüb.

Millət vəkili Cəmiyyət üzvlərinin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanmış, istək və arzularını dinləyib.

Milli Məclisin deputatı Muxtar Babayevlə görüşdən məmnun qaldıqlarını ifadə edən cəmiyyət üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın