Menu
Geri İrəli

Muxtar Babayev: ““Azərikimya”da ixtisarlar olmayacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2016 • Baxış sayı: 662 dəfə • Şərh yoxdur

1910069_1044851882204744_5145349563854205113_nsumqayitxeber.com xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev “Azərikimya”da ixtisarların olmayacağını bildirib.

Millət vəkili açıqlamasında bildirib ki, əksinə Peşə Məktəbinə kadrların hazırlanması ilə bağlı sifarişlər verilib : “Gələn həftə mühəndislərin işə götürülməsi ilə bağlı imtahanlar keçiriləcək. Etilen Polietilen zavodunda yeni iş yerlərinin vakansiyası elan olunacaqdır. Bunun üçün də şəhərin Məşğulluq İdarəsinə məlumat vermişik ki, qeydiyyatda olan  kadrların bizə müraciət olunması təmin olunsun.  Bu onu göstərir ki, Azərikimyada işlər nəzarət altında aparılır ki, yeni iş yerlərinin açılması, gənclərin məşğulluğu təmin olunsun. İnanıramki, yaxın illərdə Azərikimyada yalnız işə qəul olacsaqdır. İşçilərin narahatlığına əsas yoxdur.”

sumqayutxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın