Menu
Geri İrəli

Muxtar Babayev Böyük Vətən müharibəsi veteranlarını ziyarət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2014 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin kollektivi Böyük Vətən müharibəsi veteranlarını bayram münasibətilə təbrik etmişdir.
“Azərikimya” İstehsalat Birliyinin kollektivi 9 may – Qələbə günündə Sumqayıt şəhərində yaşayan bir qrup Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşmüşdür. Veteranları birbaşa evlərində ziyarət edən Birlik rəhbərliyi çay süfrəsi arxasında onlarla söhbət etmiş, onların problemləri ilə maraqlanmış, arzu və istəklərini dinləmişdir.
Qələbə günü münasibətilə veteranları təbrik edən və onlara bayram sovqatı təqdim edən “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov son illərdə Sumqayıtda həyata keçirilən quruculuq və abadlıq işlərindən danışmış, Sumqayıtın bir şəhər kimi formalaşmasında veteranların da böyük zəhməti olduğunu dilə gətirmişdir.
İkinci dünya müharibəsinin odundan-alovundan adlayaraq şərəfli yol keçmiş, ömür salnamələri bugünkü gənclərimiz üçün örnək olan veteranlar dövlətin onlara göstərdiyi diqqət sayəsində heç bir problemlə üzləşmə¬diklərini və hərtərəfli təminatda olduqlarını vurğulamış, bu qayğıya görə Azər¬baycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Görüşdə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev də iştirak etmişdir.

muxtar babayev-3] muxtar-babayev3 muxtar-babayevs

Facebook Şərhləndirmə:

Şərhinizi yazın