Menu
Geri İrəli

Muxtar Babayev fiziki qüsurlu insanlarla görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2014 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

10805650_839696366053631_7704820795471828917_n

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Sumqayıtda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin üzvləri ilə görüşmüşdür

 3 dekabr Ümumdünya Əlillər günü münasibətilə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Birliyin bir qrup əməkdaşı ilə birgə Sumqayıtda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin – respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin və “Qarabağ Müharibəsi Əlilləri” Cəmiyyətinin üzvləri ilə görüşmüşdür.

Görüş zamanı M.Babayev son illərdə respublikamızda həyata keşirilən irimiqyaslı layihələrdən, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışmış, cəmiyyət üzvlərinin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanmış, istək və arzularını dinləmişdir.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Baba­yevlə görüşdən məmnun qaldıqlarını ifadə edən cəmiyyət üzvləri onlara göstərilən diq­qət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Görüşün sonunda cəmiyyət üzvlərinə “Azərikimya” İB tərəfindən bayram sovqatları təqdim olunmuşdur.


fiziki qusurlu fiziki qusurlu3

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın