Menu
Geri İrəli

Muxtar Babayev seçicilərlə növbəti görüşünü keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2013 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

19 yanvar 2013-cü il tarixində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat se­çilmiş Muxtar Babayevin Sumqayıt şəhəri 9, 10 və 12-ci mikrorayon ərazisində yaşayan seçicilər ilə növbəti görüşü olmuşdur.

sumqayitxeber.com saytının verdiyi məlumata görə görüş zamanı Millət vəkili  seçicilərin çoxsaylı müraciətlərini diqqətlə dinləmiş və qaldırılan problemlərin həlli ilə bağlı öz fikirlərini bildirmişdir.

Millət vəkili ölkə Prezidenti Respublikada apardığı sosial, iqtisadi, təhsil, idman, səhiyyə və sair sahələrdə gördüyü işlərdən, ölkəmizdə aparılan abadlıq və bərpa işlərindən geniş danışmışdır.

Daha sonra Millət vəkili seçicilər ilə birgə həmin mikrorayon ərazisində torpaqlarımızın müda­fiəsi uğrunda həlak olmuş şəhidlərimizin abidə-komplekslərini ziyarət et­miş, şəhidlərimizin ruhu­nu böyük ehtiramla yad edərək, onların xatirə abidələrinin qarşısına gül dəstələri düz­müş və ailə üzvləri ilə görüşmüşdür.

Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən görüşdə seçicilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın