Menu
Geri İrəli

Muxtar Babayev Sumqayıtda görülən işlərdən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2015 • Baxış sayı: 1,459 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev Zakir Fərəcovun 100 günlük fəaliyyətinə münasibət bildirib.

muxtar babayev“Sumqayitxeber.com”a açıqlamasında millət vəkili bildirib ki,  Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinə təyinatı ilə şəhərin gələcək inkişafına və templərinə yenidən baxıldı: “Ötən dövrə nəzər yetirsən sözsüz ki, ilk öncə abadlıq işləri gözə çarpır. Demək olar ki, binaların fasadının dəyişdirilməsi şəhərə daha da gözəllik verir. Yalnız şəhərin mərkəzi yox, kənar yolların da təmir olunması şəhər sakinləri tərəfindən yüksək qiymətəndirilir. Bağlar massivində, 17-18-ci mikrorayonlar tərəfdə yolların təmiri ehtiyacı duyulurdu. Burada artıq işlər gedir və insanlar razılıq edirlər.

009 (1)

Muxtar Babayev qeyd edib ki yol, su, qaz, elektrik enerjisi – bu dörd sahə həmişə insanları narahat edən məsələ olub. Hər dörd istiqamətdə çox yaxşı bir temp götürülüb. Özünüz görürsünüz ki, icra işçilərinin özləri də küçələrdə çox aktiv işləyirlər. Düzdür, öncə də bu proseslər gedirdi, amma indi daha sürətlə gedir. Elektrik enerjisi, qaz və su məsələsində də bilirəm ki, tələblər daha da sərtləşdirilib. Bildiyim qədəri ilə Zakir müəllim bu məsələlərdə aidiyyatı qurumlar qarşısında çox sərt tapşırıqlar qoyubdur ki, onlar Sumqayıtın elektrik enerjisi, su və qaz təminatını müasir şəhər səviyyəsinə çatdırsınlar. Bunun üçün şəhərdə yeni xətlər çəkilir, işlər aparılır.

005

Ötən dövrdə fikir vermədiyimiz, unutduğumuz bəzi sahələr də hazırda dirçəlib, işlər görülür.  Aidiyyatı qurumların rəhbərləri qarşısında tələblər daha da  artıb, bunun nəticəsidir ki, işlərin faydalılığı da artmışdır. Sözsüz ki, bu proseslərin belə nəzarətdə olması şəhər sakinləri üçün bir göstəricidir.

Bir məsələyə də toxunmaq istərdim. Şəhərdə baxçaların vəziyyəti ilə bağlı çox narahat idim. Biz bir neçə baxçanın təmiri, istilik sitemi üçün çalışırdıq. Amma heç vaxt bu işlər əsaslı şəkildə həyata keçirilmirdi. Qısa müddət ərzində biz gördük ki, bunun üçün şəhər rəhbərliyinin əsaslı bir proqramı var.

Uşaqlar qış aylarında istilik olmadığı üçün elektrik plitələrinin ətrafında yığışırdı, üst geyimlərində qalırdılar. İstilik problem bu gün demək olar ki, tamamilə aradan qaldırılıb.

Müəyyən baxçalarla birgə aksiyalar, tədbirlər keçiririk. Görürük ki, bu işlərdən sonra baxçaların kollektivi daha da ruhlanıb, daha həvəslə çalışırlar.

İcra orqanlarında insanlar qəbul olunur, problemləri dinlənilir. Sözsüz ki, bütün bunlar şəhər sakinləri tərəfindən yaxşı qaşılanır.

muxtar babayev zakir ferecov

Millət vəkili kimi bir neçə dəfə Sumqayıt şəhərində yataqxaların vəziyyəti ilə bağlı problemləri qaldırmışam. Mən bilirəm ki, Zakir müəllim də bu məsələ ilə bağlı aktiv məşğul olur ki, şəhərdə yeni tikililərin aparılması sürətlə getsin. Nə qədər çox tikinti işləri aparılsa, o qədər çox fürsət olacaq ki, insanlar yataqxalardan hansısa formada çıxarılsın. Bu problem ipoteka, sosial proqramlar vasitəsi  ilə də aradan qaldırıla bilər.  Bu binaların əksəriyyətinin istismar vaxtı bitib.  Hesab edirəm ki, şəhərdə aparılan tikinti işləri bu problemin aradan qaldırılmasında müsbət rol oynayacaq.

Sülh küçəsinin genişləndirilməsi, dənizkənarı bulvaarda aparılan işlər, müasir formada Heydər Əliyev Mərkəzinin tikintisini də  xüsusi vurğulamaq istərdim. İnsanların istirahəti, asudə vaxtını səmərəli keçirməsi üçün parklarda təmir işləri aparılır, bulvarda bu istiqamətdə geniş işlər görülür. Şəhərdə görülən işlərin daha geniş vüsət alması üçün biz deputatların da üzrəinə işlər düşür. Bəzi məsələləri icra orqanları ilə birgə dövlət orqanları qarşısında qaldırmalıyıq. Sumqayıtın büdcəsi o qədər böyük deyil ki, hansısa binaların tikintisini, daha böyük infrastruktur layihələrini həyata keçirsin. Məsələyə dövlət orqanlarının diqqətini cəlb etmək, bu problemləri ortalığa qoymaq üçün düşünürəm ki, biz millət vəkilləri bir yerdə çalışmalıyıq. Sumqayıtın çox təcrübəli millət vəkilləri var. Zakir müəllimlə biz millət vəkilləri birgə çalışaraq mövcud problemləri aradan qaldırmalıyıq.

muxtar abbayev2

Bir məsələni də qeyd etmək istərdim. Oktyabrın 25-də ölkə başçısının səfəri yəqin ki yadınızdadır. Zakir Fərəcovun təyinatından çox az vaxt keçmişdi. Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür. Cənab president onu da vurğuladı ki, nə sosial, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problemin olmasını istəmir, insanların rahat, rifah, əmin-amanlıq içində yaşamasını arzulayır.

Ölkə başçısının səfəri və səfər zamanı deyilən sözlər və verilən tapşırıqlar bizim qarşımızda, şəhərin qarşısında qoyulan bir proqramdır. Biz çalışacağıq ki, bu proqrama, qarşıya qoyulan məqsədə istənilən keyfiyyətdə və vaxtda nail olaq.  Mən də şəhəri təmsil edən millət vəkili olaraq cənab Zakir Fərəcova uğurlar arzulayıram!”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın