Menu
Geri İrəli

Nə qədər müəllim işə qəbul olundu?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. 12-16 avqust 2013-cü il tarixlərində keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.

19 avqust 2013-cü il tarixdə saat 10:00-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanıb. Vakant yerlərin seçim prosesi 21 avqust 2013-cü il tarixdə saat 18:00-da başa çatdırılacaq.

Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplayıb, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər.

Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat 21 avqust 2013-cü il tarixdə saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın