Menu
Geri İrəli

N. SAYLI HƏRBİ HİSSƏDƏ BAYRAM TƏDBİRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2010 • Baxış sayı: 401 dəfə • 1 şərh

DSC_000626 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 26 iyun 2010-cu il tarixində Sumqayıt şəhərində yerləşən N. saylı hərbi hissədə bayram tədbiri təşkil etmişdir.

Təbdiri giriş sözü ilə açan N. saylı hərbi hissənin komandiri Surxay Məmmədov şəxsi heyəti bayram münasibəti ilə təbrik edərək göstərilən diqqətə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə minnətdarlığını bildirmişdir.

Nazirliyin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov şəxsi heyətin bayramını təbrik edərək ölkə rəhbərliyinin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan, nazirlik tərəfindən gənclərin vətənpərvəlik ruhunda tərbiyə olunması, hərbi xidmətə hazırlanması sahəsində görülən işlərdən danışmışdır.

Baş İdarənin rəisi Musa Həsənov əlamətdar tarixi gün münasibətilə hərbi qulluqçuları təbrik edərək onlara xidmətdə və şəxsi həyatda uğurlar arzulamışdır.

Sonra hərbi hissənin bir qrup zabitinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Fəxri fərmanları və hədiyyələri təqdim edilmişdir.

Tədbir “Qala” və “Damla” qruplarının, müxtəlif müsabiqələrdə uğur əldə etmiş gənc müğənnilərin çıxış etdiyi bədii-əyləncəli hissə ilə davam etmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi ,  İsmayıl Kərimov

DSC_0069

Facebook Şərhləndirmə:

“N. SAYLI HƏRBİ HİSSƏDƏ BAYRAM TƏDBİRİ” yazısına bir cavab

  1. Gunay deyir:

    Teshkilatchilara ve bu xeberin muellifine teshekkur edirem.Teklif edirem ki diger herbi hisselerde teshkil olunmush xeberler haqqinda da nese yazasimiz.

Şərhinizi yazın