Menu
Geri İrəli

Nazir “Sumqayıt Kimya Sənaye Parkı”nda müşavirə keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2013 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur

Baş Plan hazırdır, 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunmuş müşavirə keçirilib.

 İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, İqtisadi inkişaf naziri Şahin Mustafayev hazırda ölkədə sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritetlərindən olduğunu söyləyib.

 Şahin Mustafayev deyib ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən ölkədə sənaye parklarının yaradılmasına başlanıb, bu sahədə müvafiq qanunvericilik bazası yaradılmış, vergi güzəştləri müəyyən edilib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılıb. Sənaye parkları qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək.

 Daha sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru vəzifəsini icra edən Mehman Ağayev sənaye parkının yaradılması istiqamətində görülmüş işlər barədə  məlumat verib. O qeyd edib ki, Sənaye Parkının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə məsləhətçi şirkət cəlb edilib, “Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn normativ-hüquqi aktların və sənədlərin layihələri hazırlanıb. Sumqayıt Kimya Sənaye Parkının Baş Planı tərtib olunub, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınıb, rezidentin uçot qeydiyyat sistemi yaradılıb. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanıb. Artıq Sənaye Parkının ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir, ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.  lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın