Menu
Geri İrəli

Nazir Sumqayıt yarmarkasında

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2015 • Baxış sayı: 832 dəfə • Şərh yoxdur

Dekabrın 5-də Kənd Təsərrüfatı Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb.

AZƏRTAC xəbər verir ki, həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər saat 10-da start verilib. Respublikanın ayrı-ayrı rayonlarından minədək fermer yarmarkada satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıb.

Satış-yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirdi ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Yarmarkanın ərazisində nəzarət- toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb.

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.

144931304945067077_1000x669 (1) 14493130491792823351_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın