Menu
Geri İrəli

Nazir Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2016 • Baxış sayı: 202 dəfə • 1 şərh

Martın 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı münasibətilə Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub.

Milli.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarka ilə tanışlıq zamanı H.Əsədov qiymətlərlə maraqlanıb, istehsalçı və istehlakçılarla söhbət edib, Prezident İlham Əliyevin fermer və sahibkarlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb, onları Novruz bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatını ödəmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

Bitki və heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət gücləndirilib, bu məqsədlə yarmarkalara səyyar laboratoriyalar cəlb olunub.

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər və yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

417800_01 417800_02 417800_03 417800_04

Facebook Şərhləndirmə:

“Nazir Sumqayıtda – FOTOLAR” yazısına bir cavab

  1. Adil m. deyir:

    Bayramınız mübarək!
    Qoy bu bayram Sizlərinizin arzu və diləklərinizi versin!

Şərhinizi yazın