Menu
Geri İrəli

Nazir Sumqayıtda sosial xidmətlərə baxış keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 140 dəfə • Şərh yoxdur

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov, Nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, habelə ixtisaslaşmış QHT-lərin nümayəndələri tərəfindən Sumqayıt şəhərində İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzinin və Sumqayıt Uşaq İnkişaf Mərkəzinin fəaliyyətlərinə baxış keçirilib. 

Sumqayıt şəhərində İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 05 iyun 2013-cü il tarixindən «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin «Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası» layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə çərçivəsində xidmətlər Sumqayıt şəhəri və eləcə də ətraf qəsəbə və kəndlərdə (Corat, Saray, Novxanı) yaşayan, məişət zorakılığına məruz qalmış 3-18 yaşlı uşaqları və onların ailələrini əhatə edir.

Ötən müddət ərzində layihə haqqında aidiyyəti dövlət qurumları, yerli icmaların nümayəndələri və kütləvi informasiya vasitələri məlumatlandırılıb, məişət zorakılığına məruz qalmış uşaqların ailələrinə səfərlər edilib. Cari ilin iyun-sentyabr ayları ərzində 80 nəfər uşaq xidmətə götürülüb və onlara ehtiyaclarına uyğun olaraq, kompleks sosial xidmətlər göstərilir.

Baxış zamanı hər iki mərkəzdə çalışan işçilər tətbiq olunan reabilitasiya metodları barədə ətraflı məlumat veriblər. Uşaqların valideynləri dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinin tətbiq olunmasının səmərəli vasitə olduğunu qeyd edərək, belə tədbirlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Müsabiqələrdə qalib gələn 19 ixtisaslaşmış təşkilat tərəfindən Bakı şəhəri daxil olmaqla ölkənin 30 şəhər və rayonunda layihələrin icrasına başlanılıb. Layihələr təxminən 2400 nəfər uşağı və onların ailələrini əhatə edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın