Menu
Geri İrəli

Nazir sumqayıtlı şagirdləri mükafatlandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2015 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

Gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi  uşaq incəsənət və rəssamlıq məktəbləri, mərkəzləri, rəsm studiyaları şagirdlərinin əl işlərindən ibarət “İslam sivilizaiyası uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirilmişdir.

25-27 noyabr 2015-ci il tarixində Bakı şəhəri Muzey mərkəzində İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcrayyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş qaliblər və fərqlənən fırça ustalarını mükafatlandırmışdır. Bu müsabiqədə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 50 ədəd əl işləri nümayiş etdirilmişdir. Müsabiqə sərgidə Respublika üzrə 22 rəsm işi qalib olmuşdur.

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin 4 şagirdi öz əl işləri ilə yer tutublar:

  1.  Məmmədli Sübhanə Faiq qızı     II dərəcəli diplom
  2.  Ramazanova Mələk Tələt qızı     III dərəcəli diplom
  3.  Qafarov Vüsal Ramin oğlu          III dərəcəli diplom
  4.  Həsənov Murad Namiq oğlu       Həvəsləndirici fəxri fərmana layiq görülmüşlər

nazir43 nazir4 nazir6

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın