Menu
Geri İrəli

Nazirin Sumqayıtda keçiriləcək qəbulunun vaxtı dəyişdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2014 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin martın 14-də Sumqayıt şəhərində nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı martın 28-nə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Tarix Muzeyində (Sumqayıt şəhəri, H.Əliyev pr., IV mikrorayon) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıt şəhərindən və Abşeron rayonundan olan vətəndaşları qəbul edəcək.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

shahin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın