Menu
Geri İrəli

Nazirlər Sumqayıta niyə gəlmişdi?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur

Azərbaycan Boks Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim, Afina Olimpiadasında ölkəmizi hakim kimi təmsil etmiş Niftalı Quliyev dünyasını dəyişib.

Bu gün Sumqayıtda  Niftalı Quliyevin yas mərasimi keçirilib. Mərasimdə Fövqaladə Hallar Naziri Kamaləddin Heydərov, Gənclər və İdman naziri Azad Rəhimov və bir çox tanınmış şəxslər, millət vəkilləri iştirak edib.

Azərbaycan idmanı və boksunda böyük xidmətləri olan Niftalı Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüşdü.  O, uzun illər idi ki, Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru vəsizəfisndə çalışırdı. Bir çox gənclərin boks hakimliyini seçməsində Niftalı Quliyevin böyük rolu olub.

Sumqayitxeber.com olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı veririk.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın