Menu
Geri İrəli

NAZİRLİK HESABAT YAYDI: “Xəzər dənizinə ən çox çirkləndirici maddələr axıdan Sumqayıtçaydır”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 676 dəfə • Şərh yoxdur

788fc6ea406417f9dd3a098794ec17aeSumqayıt inzibati rayonu ərazisinin qaynar nöqtələrindən biri olan və Xəzər dənizinə ən çox çirkləndirici maddələr axıdan axar Sumqayıtçaydır.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Sumqayıtın sahil zolağının 2015-ci il üzrə ekoloji vəziyyəti haqda hesabatında bildirilib ki, Sumqayıt şəhərinin sənaye zonasında Sumqayıtçaya çaya bir neçə sənaye müəssisəsinin istehsalat suları ilə yanaşı məişət-fekal mənşəli tullantı suları da axıdılır. Hesabatda deyilib ki, Sumqayıtçaydan sonra şəhər ərazisində ikinci böyük axar hesab olunan, “Hacı dərəsi” adlanan axar Saray qəsəbəsindən dənizə istiqamətləndiyi yolboyu bütün fərdi yaşayış evlərində və onlarla kiçik müəssisələrdə formalaşan tullantı suları özündə birləşdirərək təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə tökülür.

Hesabatda qeyd olunub ki, Sumqayıt ərazisindən Xəzər dənizinə axıdılan və dənizi ən çox çirklənməyə məruz qoyan axarlardan biri də “Azərboru” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tullantı sularını nəql edən kollektordur: “Müəssisədə formalaşan şərti təmiz sular uzunluğu 7 km olan “Azərboru” kollektoru vasitəsilə Xəzər dənizinə axıdılır. Kollektorun Xəzər dənizinə tökülən yerində (sahil zolağında) kiçik gölməçələrin əmələ gəlməsi tərəfimizdən müşahidə edilib. Bundan başqa, Kimyaçılar və H. Z. Tağıyev adına qəsəbələrdə formalaşan tullantı suları da mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmaması səbəbindən axarlar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən ətraf mühitin mühafizəsi istiqamətində keçirilmiş ekoloji monitorinqlər zamanı aşkarlanan nöqsanların aradan qaldırılması barəsində proqnozlar və təkliflərini də açıqlayıb. Bildirilib ki, bölgədə formalaşan tullantı sularını təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması dəniz suyunun kəmiyyət və keyfiyyət göstəricilərinin kəskin dəyişməsinə gətirib çıxara bilər: “Xəzər dənizinin çirklənməsinin qarşısını almaq məqsədilə istirahət mərkəzlərində istifadə olunan şambolar texnoloji normalara uyğun inşa edilmədiyindən aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir”.

Qeyd olunub ki, Sumqayıt şəhərinin sənaye və yaşayış zonasında formalaşan tullantı suların düzgün idarə olunmaması, Xəzər dənizi ilə əlaqəsi olan Sumqayıtçayın ekoloji vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər: ““Hacı dərəsi” axarının ətraf ərazilərində fəaliyyət göstərən müxtəlif təyinatlı kiçik müəssisələrdə formalaşan tullantı suların və müxtəlif növ bərk tullantıların adıçəkilən axara atılmasının qarşısı alınmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın