Menu
Geri İrəli

Nazirlik Sumqayıtda bəzi restoranlarda aşkarladığı nöqsanları açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 622 dəfə • Şərh yoxdur

restoransumqayitxeber.com xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində- “Nəsimi” parkında Yaşar Kərimliyə məxsus “Palma” restoranında, Almas Nəcəfova məxsus “Qala” kafesində, Faiq Kərimova məxsus “Bulvar” restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların istehlakçılara təklif olunması aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə,498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın