Menu
Geri İrəli

Nazirlik Sumqayıtda fəaliyyət göstərən restoranlarda müddəti ötmüş mallar aşkarladı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2015 • Baxış sayı: 897 dəfə • 1 şərh

nazirlikİstehlaka yararsız məhsullar satışdan çıxarılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində aşağıdakı restoranlarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb:

* Nizami küçəsi, 3/54 ünvanında Mikayıl Məmmədova məxsus “Osmanlı” kafesində;

* 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində Murad Bağırova məxsus “Bibər Pizza” restoranında;

* 34-cü məhəllə, 50 ünvanında İlkin Məmmədliyə məxsus “Street Food” kafesində;

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

“Nazirlik Sumqayıtda fəaliyyət göstərən restoranlarda müddəti ötmüş mallar aşkarladı” yazısına bir cavab

  1. Togrul deyir:

    Naharimi cox vaxtlar Osmanli kafesinde eleyirem.Coxda raziyam yemeklerindende xidmetindende.Sadece bu oyundu.Padvallarda dirnaqarasi fealiyyet gosteren kafeleri gezmek evezine seherin merkezindeki kafelerin ustune bohtan atmaq duzgun deyil mence

Şərhinizi yazın