Menu
Geri İrəli

Nazirlik Sumqayıtda tələbənin öldürülməsi ilə bağlı rəsmi məlumat yaydı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakinini döyərək ona ölümcül kəllə-beyin xəsarəti yetirmiş Abşeron rayon sakini tutulub. Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Sumqayıt şəhər sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib və orada ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01.00 radələrində Yasamal rayonu “20 Yanvar” metro stansiyasının yaxınlığındakı kafedə VüsalCəfərovun Abşeron rayon sakini Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib və Abbasquliyev tutulub.  Qeyd edək ki, qətlə yetirilən 1986-ci il təvəllüdlü Vüsal Cəfərov bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. O, təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın