Menu
Geri İrəli

Nazirlik Sumqayıtda yaşayan əlilləri də istirahətə yolladı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 437 dəfə • Şərh yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla son bir həftədə artıq 80 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.

İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər. Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında mənalı istirahətinin təşkili nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb – gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın