Menu
Geri İrəli

Nazirlik Sumqayıtdakı atışma ilə bağlı yeni məlumat yaydı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2013 • Baxış sayı: 1,264 dəfə • Şərh yoxdur

sumqayitxeber.com Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən daha 2 nəfər – Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılmışlar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİN-Bina-lovhe

Facebook Şərhləndirmə:

Şərhinizi yazın