Menu
Geri İrəli

Nazirlikdən Sumqayıt avtobuslarına qarşı reyd

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 13 Yanvar 2015 • Baxış sayı: 826 dəfə • 2 şərh

1421146437

Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlərə başlayıb. Nazirliyin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, ümumiyyətlə, şəhərlərarası sərnişin avtobusları avtovağzaldan-avtovağzala hərəkət etməlidir. Buna baxmayaraq son günlər Sumqayıt avtovağzalından yola çıxan bəzi sərnişin avtobusları qanunsuz olaraq paytaxtda “Şamaxinka” adlanan əraziyə və “20 Yanvar” dairəsinə yığışırlar: “Bu avtobusların son dayanacaq məntəqəsi Beynəlxalq Avtovağzaldı. Ancaq artıq pul qazanmaq məqsədilə onların bəziləri qanunsuz olaraq marşrutlarını dəyişiblər. Həmin sürücülər bununla həm qanunsuz fəaliyyət göstərir, həm bu ərazilərdə sıxlıq yaradır, həm də gediş haqqını qaldırırlar. Artıq iki gündür ki, bu cür hallara qarşı reydə başlanılıb. Bu məsələ nazir Ziya Məmmədovun şəxsən diqqətindədir. Reydlər zamanı qanunsuz fəaliyyət göstərən avtobuslar cərimə meydançasına aparılır. Cərimə ödənildikdən sonra isə onların fəaliyyətinə qadağa qoyulur”. Nazirliyin rəsmisi bildirib ki, hansı sahibkar texniki istismar müddəti başa çatmayan avtobuslardan istifadə edirsə, sərnişinləri Sumqayıtdan Beynəlxalq Avtovağzalına gətirirsə və bu işlə məşğul olmaq üçün lisenziya alıbsa, onların fəaliyyəti təmin ediləcək.

Facebook Şərhləndirmə:

“Nazirlikdən Sumqayıt avtobuslarına qarşı reyd” yazısına 2 cavab

  1. Əhməd deyir:

    Həmin avtobusların bir qismi Sumqayıtda 12 mərtəbə deyilən yerdə dayanır, insanların, piyadaların, avtomobillərin 3-cü mikrorayona sərbəst gediş-gəlişinə mane olur hətta təhlükə yaradırlar. İnsanlar onlara iradını bildirəndə isə təhqir etməkdən belə çəkinmirlər. Təssüf doğuran odur ki, bütün bunlar Nəqliyyat Nazirliyinin “qocuları” tərəfindən himayə olunur.

  2. Vüqar deyir:

    Dövlətimiz boyuk inkişaf yolunu gedir . Bu mərhələdə demək olar ki, hər bir şey yenilənir . O cümlədən Nəqliyyat Nazirliyidə bu prosesin bir hissəsidir . Lakin Sumqayıt şəhərinin marşurut xətlərində istifadə olunan avtobuslar köhnə sovet dövrünün ( 25 il əvvəlin ) qalıqları olan PAZ tipli köhnə avtobuslar (marşurut nömrəsi 17 , 18 , 19 , 21 və s.) işləyir .

Şərhinizi yazın