Menu
Geri İrəli

Neft bahalaşır, manat niyə ucuzlaşır? SUMQAYITIN DEPUTATINDAN AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 3,505 dəfə • Şərh yoxdur

tahir mirkisili

“Manatın dollara nisbətdə dəyərini itirməsi neftin qiymətinin uzun müddətli kəskin ucuzlaşması ilə yanaşı, dünya bazarında gedən qlobal proseslərin nəticəsi ilə bağlı olub. Hazırda manatın kursunun gələcəkdə neftdən gələn gəlirlərdən asılılığının azaldılması yönünündə köklü islahatlar aparılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, neftin qiymətində dəyişikliklər qısa zaman kəsiyində baş verir və qeyri-sabit xarakter daşıyır: “Qiymət artımı neftdən gələn gəlirlərin də qısa zaman kəsiyində artımı demək deyil. Çünki neft faktilo deyil, əsasən fyuçers müqavilələri ilə satılır. Neftin qiymətinin bahalaşması və ya ucuzlaşması qısa zaman kəsiyində iqtisadiyyata daha çox psixoloji təsir göstərir. Ona görə indiki ani dəyişikliklər fonunda iqtisadi effektlər gözləmək düzgün deyil”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın