Menu
Geri İrəli

“Nəinki Odessanı, Odessa vasitəsilə Rusiyanı dəyişəcəyik” – Mixail Saakaşvili

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2015 • Baxış sayı: 537 dəfə • Şərh yoxdur
sakasviliOdessa şəhəri və vilayətinin inkişafı nəinki regiondakı siyasi əhvalı, Rusiyanı da dəyişəcək”
Avropa.info xəbər verir ki, sabiq Gürcüstan prezidenti, Odessanın yeni qubernatoru Mixail Saakaşvili belə deyib. Saakaşvili:
“Odessa bir çox rusun mentalitetində, o cümlədən imperiya əhval-ruhiyyəli şəxslər tərəfindən tarixi irs kimi qəbul olunur.
Onlar üçün rus ruhunun, “rus dünyası”nın bir hissəsidir. Ruslar Odessada baş verən hər şeyə qarşı həssasdırlar. Əgər onlar odessalıların uğurlarını, regionun necə inkişaf etdiyini görsələr, bu Rusiyanın özünə nəhəng təsir göstərəcək”.
Saakaşvili deyir ki, ruslar bura öz keçmişləri kimi baxdıqlarından sarı-mavi Ukrayna bayrağının dalğalanması onlara ağır gəlir. Bu səbəbdən Poroşenkonun qərarı strateji qərar idi.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın