Menu
Geri İrəli

Nəqliyyat Nazirliyi Sumqayıtda səlahiyyətlərini itirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2016 • Baxış sayı: 926 dəfə • Şərh yoxdur

14621601933345036679_554x360Nazirlər Kabineti (NK) “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib.

sumqayitxeber.com fins.az-a istinadən xəbər verir ki, indiyə qədər bu müsabiqəni həm şəhərdaxili (rayondaxili), həm şəhərlərarası (rayonlararası), həm də beynəlxalq marşrutlar üzrə Nəqliyyat Nazirliyi (NN) keçirib. Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə NN məşğul olmayacaq.

Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanın sifarişçisi paytaxtda NK yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıtda Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncədə isə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın