Menu
Geri İrəli

Nigara verilən hökm: YAP və Müsavatın mövqeyi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2012 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
«Nigar Yaqubluya verilən cəza ağır sayıla bilməz. O, azadlıqda olcaq və müəyyən məntəqədə yaşayacaq. Şübhəsiz ki, burada Nigar Yaqublunun günahı var və məhkəmə buna qiymət verib. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib və bir insanın həyatına son qoyan hərəkətə yol verib. İnsan ölümü ciddi məsələdir».Bunu Teleqraf.com saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu gün Sumqayıt şəhər Məhkəməsinin N.Yaqublunun barəsində çıxardığı hökmə münasibət olaraq bildirib.A.Mirzəzadənin sözlərinə görə, N.Yaqublunun həbsindən siyasi məqsədlər üçün istifadə edənlər də tapıldı: «Onun Müsavat Partiyasının üzvü olması, mitinqlərdə iştirakı önə çəkilirdi. İnsanın siyasi fəaliyyətlə məşğul olması onun hansısa qanunsuz əməl törətməsinə və bir insanın həyatına son qoyacaq hərəkətə yol verməsinə haqq qazandıra bilməz. Nigar xanım gənc Azərbaycan qadınıdır. Mən də istəyərdim ki, o, vaxtından əvvəl azadlığa buraxılsın, cəzası yüngül olsun».

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov da məhkəmənin hökmünü normal qiymətləndirir: «Nigara minimuma yaxın cəza verilib, məncə, normal hökmdür. Sadəcə, onun bu vaxta qədər həbsdə saxlanılması düzgün deyildi».

Ramil Məmmədli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın