Menu
Geri İrəli

Nizami İsgəndərova “yaşıl işıq”?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 527 dəfə • 1 şərh
Share Button
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla iş adamı, sabiq millət vəkili Nizami İsgəndərov arasındakı gərginlik tədricən azalmaqdadır. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, tərəflər arasındakı buzların əriməyə başlamasının əlamətlərindən biri icra başçısının iş adamına qoyduğu bəzi qadağaları aradan qaldırmasıdır: “Bir müddət bundan öncə Nizami İsgəndərova məxsus olan “Cavid” Ticarət Mərkəzinin “Nizami” parkına açılan hissəsini sabiq millət vəkilinin hesabına əsaslı şəkildə təmir etdirən və ticarət mərkəzinin park tərəfdən olan girişini bağlayan icra başçısı, artıq bu yasağı aradan qaldırıb. Belə ki, vaxtilə parkın bazara çevrildiyi əsas gətirərək ticarət mərkəzinin parka açılan girişlərini bağladan icra başçısı, hazırda bu girişlərin istifadəyə verilməsinə razılıq verib. İcra başçısının bu razılığından sonra yalnız ticarət mərkəzinə aparan girişlər deyil, bugünə qədər parka açılsa da, məlum qadağa səbəbi ilə qapadılan xeyli sayda dükan və mağazanın girişi də yenidən istismara verilib. İcra başçısı ilə iş adamı arasındakı münasibətlərin hansı səbəblə yaxşılaşdığı isə hələlik bilinmir”.
İş adamı, keçmiş millət vəkili, Nizami İsgəndərov

İş adamı, keçmiş millət vəkili, Nizami İsgəndərov

Facebook Şərhləndirmə:
Share Button

“Nizami İsgəndərova “yaşıl işıq”?” yazısına bir cavab

  1. Arzu deyir:

    Yene Nizami muellimin xeyri bu millete deyir,nece iwcini iwle temin edir,vallah Nizami muellim bir cox dovlet memurlarina,iw adamlarina baxmiw cox insafli adamdir

Şərhinizi yazın