Menu
Geri İrəli

“Nizami İsgəndərovun səhhətində heç bir ciddi problem yoxdur” – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2014 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur

“Sumqayıt” Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elçin Abdullayev Nizami İsgəndərovla bağlı  yayılan məlumatların şayiə olduğunu bildirib.

“Nizami İsgəndərovun səhhətində heç bir ciddi problem yoxdur və hazırda iş başındadır. Təəssüf edirəm ki, publika.az kimi auditoriyası böyük olan sayt mütəmadi olaraq N.İsgəndərov haqda belə məlumatları yayır. Digər saytlar da ağına-bozuna baxmadan bu informasiyaları paylaşırlar. Ən azından qarşı tərəfdən mövqe öyrənilmədiyi üçün bu informasiyaları tərəfli, qərəzli hesab edirəm və düşünürəm ki, bu kimi xəbərlər müəyyən qədər saytın oxucu kütləsinə mənfi təsir edir”,- bu fikirləri xeberle.com-a açıqlamasında Elçin Abdullayev   bildirib.

Qeyd edək ki,  “CTF” şirkətinin təsisçisi , “Sumqayıt” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun səhhəti nin pisləşməsi ilə bağlı  Publika.Az məlumat yaymışdı.

nizami

Facebook Şərhləndirmə:

Şərhinizi yazın