Menu
Geri İrəli

Növbəti Sosial Yeniliklər Düşərgəsi keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2011 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur

Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı İnternetlə bağlı ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində təcrübəsi olanları – iştirakçı və ideya sahibləri qismində bu ilin iyul ayında keçiriləcək növbəti Sosial Yeniliklər Düşərgəsinə (SYD) dəvət edir.

Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək və ya əhalinin sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış internet əsaslı layihələrin müsabiqəsidir. Düşərgə haqqında daha geniş məlumat bu keçiddədir: http://2.syd-az.net/SYD-nedir. SYD-nin əsas məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəkləmək və seçilmiş layihəyə pul mükafatını verməkdir. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Buna görə də SYD-də iştirak 2 formada olacaq:

1. İdeya sahibləri ideyalarını tədbirin saytında qeydiyyatdan keçirməlidirlər: http://2.syd-az.net/ideyanizi-gonderin. İdeyalar verilən tələblərə uyğun olmalıdır. Tələbləri bu keçiddən oxumaq mümkündür: http://2.syd-az.net/ideyalar-nece-olmalidir

2. İdeyaları olmayanlar və digərlərinin ideyalarının reallaşdırılmasında iştirak etmək istəyənlər üçün də tədbirin saytında xüsusi səhifə ayrılıb: http://2.syd-az.net/istirakci-kimi-muraciet-edin Hər 2 formada iştirak üçün qeydiyyatın son tarixi 25 iyundur.

Düşərgəyə seçiləcək layihələri SYD üzrə əcnəbi mütəxəssislər müəyyən edəcək.

Tədbirə başqa şəhərdən gələcək iştirakçıların yemək, qalmaq və nəqliyyat xərcləri (müvafiq çeklər və biletlər təqdim olunduqda), tədbir keçiləcək şəhərdən qatılacaq iştirakçıların isə yalnız yemək xərcləri təşkilatçılar tərəfindən ödənəcək.

Xatırladaq ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya, Çexiya, Gürcüstan və Nigeriyada da keçirilib. Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın