Menu
Geri İrəli

Növbəti inkişaf istiqamətlərindən biri də Sumqayıt şəhəridir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2014 • Baxış sayı: 667 dəfə • Şərh yoxdur

sumqayit_0001“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin gələcək konseptual inkişafını müəyyənləşdirən alternativ variantlardan biri də Bakı –Mərkəz adlanan istiqamətdir.
AzərTAc xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat vermişdir.
Layihəyə görə, mərkəzin ətrafında iki alt –mərkəzin formalaşdırılması nəzərdə tutulmuşdur. Bunlardan birincisi Binəqədi və Xırdalan istiqaməti, ikincisi isə Sabunçu istiqamətində olan alt- mərkəzləridir.
Qeyd olunmuşdur ki, Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri əsas mərkəzi inkişaf istiqaməti kimi Ələt istiqamətinə üstünlük verirlər. Belə ki, Ələt qəsəbəsində gələcəkdə 200 min sakinin yaşayacağı şəhərin salınmasının planlaşdırılması nəzərdə tutulmuşdur.
Növbəti inkişaf istiqamətlərindən biri də Sumqayıt şəhəridir.
Eyni zamanda Bakı şəhərinin mərkəzinin yüklənmədən Sumqayıt və Ələt istiqamətlərini nəqliyyat və digər infrastruktur arteriyalarının vasitəsilə əlaqələndirilməsi planlaşdırılır. Həmin ərazilərdə ilkin şərtlər artıq mövcuddur. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsinə əsasən ərazidə 60 minlik böyük bir yaşayış məskəninin salınması nəzərdə tutulmuşdur.
Həmin ərazilərin gələcəkdə təşəkkül tapması Sumqayıt və Ələt istiqamətlərində dinamik inkişafa təkan verə bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın