Menu
Geri İrəli

Nümunəvi məhəllələrin sayı artır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2011 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də abadlıq və quruculuq işləri davam etdirilir. Ölkə prezidentinin müvafiq sərəncamından sonra şəhərdə yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri aparılır. Görülən işlərin tərkib hissəsi kimi şəhərin 18-ci mikrorayonundan sonra, 13-cü mikrorayonunda da “Nümunəvi məhəllə” istifadəyə verildi. Qeyd edək ki, istifadəyə verilən məhəlləde ümumilikdə 7000 m2 sahə asfalt örtüyü ilə tam üzlənib, yeni ağac və gül kolları əkilib, müasir işıq dirəkləri qurulub, məhəllədəki binaların fasadları yenilənib və sakinlərin istifadəsində olan xeyir-şər evi yenidən təmir olunub. Bundan başqa uşaqların yaxşı istirahət etməsi üçün yeni süni örtüklü mini-futbol və voleybol sahəsi istifadəyə verilib.

Ceyhun Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın