Menu
Geri İrəli

Nümunəvi xidmət…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2014 • Baxış sayı: 1,303 dəfə • Şərh yoxdur
Share Button

eyvaz-qojayevXidmət…Vətənə xidmət, vətənin övladına. Bu yalnız hərbi xidmətlə sərhədlənmir, fərqli sahələrdə ola bilər, yetərki sən istə.

Təhsil dövlətin gələcəyinin ən real təminatıdır. Böyük dövlətlərdə müharibə zamanı iqtisadi böhran yaşayan, gələcəyi görə bilən müdrik dövlət başçıları təhsilə xüsusi məbləğ ayırıb gənclərin xaricdə təhsil almasına şərait yaradırdı ki, müharibə bitdikdən sonra boşluq yaranmasın, dövlətin taleyinin güclü intellektual təminatçıları yetişsin.

Bizdə də bugün bu zərurətə çevrilib. Vətən təkcə paytaxtdan ibarət deyil, insanı da bütün canlılar kimi mühit yetişdirir, üstəlik tərbiyəsi üçün də xüsusi mühit lazımdır. Müəllim peşəsinin “dəbdən düşdüyü” bir dövrdə bu xüsusilə əyalətlərin ən aktual problemidir. Halbuki, bəzi dövlətlətlərin paytaxtı qədər olan ölkəmizdə gərək əyalət mövhumu olmasın.

Bu tədris ilində diqqətimi çəkən bir məslə oldu. Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin məzunu ucqar bir dağ kəndinə müəllim işləməyə getmiş. Gəncliyin ən çılğın yaşında öyrəşdiyi həyat tərzini dəyişmək asan olmamalı.

Bu seçimi etmək cəsarət və sağlam xarakter tələb edir. Bəlkə çox adi və sıradan bir xəbər kimi görünə bilər, bəlkə belə hallar istisna da olsa həmişə olub, amma belə kritik bir dövrdə bu bizə ən çox lazım olan xəbərdir.

Bu bir yoldur… bu gələcəkdir. Bəlkə, hətta böyük ehtimal ki, bu gəncin şagirdləri arasında çox uğurlu şəxsiyyətlər yetişəcəkdir. Onların özünə güvən hissini formalaşdıracaq. Yolla gedən çox olacaq, amma əsas olan ilk növbədə o yolun var olmasıdır.

“Çalı quşu”ndakı Fəridəni əsər qəhrəmanı, bəlkə də müəllifin təxəyyülünün məhsulu bilirdik, amma bizim Kamran gerçək qəhrəmandır. Bəli sosial vəziyyətin bugünü üçün bu az qala qəhrəmanlıq sayıla biləcək qədər böyük məsələdir. Vətənə xidmətin ən gözəl nümunələrindən biridir. Ümid edək ki, Kamranlaraın sayı çöx olacaqdır. Bü fədəkar və şərəfli yolun rəvan olsun, Kamran!

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın