Menu
Geri İrəli

Oğurluq etmək istəyən Sumqayıt sakini 5-ci mərtəbədən yıxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2010 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Sumqayıtda oğurluq etmək istəyən şəxs yıxılaraq ağır xəsarət alıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə şəhərin 8-ci kilometrliyində baş verib. Sumqayıt şəhər sakini, 29 yaşlı Elşən Qocayev oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri 8-ci kilometr qəsəbəsində yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən 39 yaşlı Şövqə Cəfərlinin mənzilinə girmək istəyərkən eyvandan yıxılıb. E. Qocayev ağır vəziyyət Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın