Menu
Geri İrəli

Okan Universitetinin Sumqayıt şəhərində təqdimatı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2015 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

11745353_874800092556168_4779989772367195674_nOkan Universiteti Türkiyənin ən gənc və dinamik universitetlərindən biridir. Hal hazırda tərkibində 9 fakultə və 3 institut daxilində 100-dən artıq bölüm fəaliyyət göstərməkdədir.

Universitetin ‘İş Yaşamına En Yakın Üniversite’ sloganında da bildirildiyi kimi,məzunlarının işlə təmin olmağına xüsusi önəm verir.Təhsil ilə iş dünyası arasında körpü rolunu yaratmağı hədəfləyən Okan universiteti,1-ci kursadan etibarən tələbələrini “İş Yaşamına Hazırlık Programı” çərçivəsində iş həyatına istiqamətləndirməyi təmin edir və proqramı uğurla tamamlayan tələbələrə diplomlarına iş təcrübəsinə aid sertifikat əlavə edilir.

Okan Universitetinin təmsilçiləri 7 avqust tarixində saat 17:00 da Sumqayıtda,Reduco Təhsil Mərkəzində şagird və tələbələr üçün seminar verəcək.Seminarda universitetin qəbul qaydaları,təqaüd imkanları,maddi texniki bazası və s.haqda ətraflı məlumat veriləcək və suallar cavablandırılacaq.Giriş sərbəstdir. Ətraflı məlumat üçün:

Ünvan:Caspian Plaza,1-ci korpus, 6-cı mərtəbə e-mail:

info@eastoffice.az tel:(012) 595 95 15

mob:(055) 727 95 15, (050) 747 95 15

Facebook Şərhləndirmə:

Şərhinizi yazın