Menu
Geri İrəli

Ölkədə maliyyə amnistiyası elan olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2014 • Baxış sayı: 1,093 dəfə • Şərh yoxdur

fazil memmedov“Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır”. ANS PRESS-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu böyük bir proyektir və Azərbaycan buna hazırdır:

“Bu bir neçə ili əhatə edən bir layihədir. Burada söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz:

“İstər əmlak, istərsədə də digər sərvətlərin leqallaşdırılıması üçün müvaffiq amnissiya sistemina keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Amma bütün hallarda hansısa bir vaxtda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın