Menu
Geri İrəli

Ölümdən sonrakı həyatın sirri açıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2013 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur

 

Ürəyi dayandıqdan sonra yenidən işə düşən pasiyentlərin 20%-i, daha doğrusu, hər beş nəfərindən biri mistik aləmə düşdüklərini deyirlər. Onlar öz bədənlərindən necə çıxdıqlarını, tunel vasitəsi ilə hansısa başqa dünyaya getdiklərini iddia edirlər.

Bu nədir? Uydurma, yoxsa ölümdən sonrakı real həyat?

Milli.Az xəbər verir ki, Cimo Borcigin adlı alim bu fenomeni araşdırmaq üçün siçanlardan istifadə edib. O və həmkarları siçanların kəllə beyinlərinin 6 müxtəlif hissəsindəki aktivliyi ölçmək və araşdırmaq üçün elektrodlar yerləşdiriblər. Heyvanlara çox əziyyət verməmək üçün təhqiqatçılar anesteziyadan istifadə ediblər ki, bu da heyvanların vəziyyətini bir saatlıq dəyişib. Bundan sonra ürəklərinə ölümcül xlorlu kalium maddəsi vurulub ki, bu da ürəyin fəaliyyətini müvəqqəti dayandırıb.

Ürəyin dayanmasından və beynin son siqnalları almasından sonrakı 30 saniyə ərzində təhqiqatçılar neyronların fəaliyyətini qeydə alıblar. Tezliyin dəyişməsi 25-dən 55 giqaherz arasında dəyişib. Ürəyin fəaliyyətinin dayanmasından sonra, ümumi zəifləmə fonunda beyindəki siqnallar güclənib. Beynin müxtəlif hissələrində bu ritmlər sinxron olub. Hətta sağlam bədəndəkindən daha güclü olub.

Təhqiqatçılar bu dəyişmələrin qamma-ritm olduğunu müəyyən ediblər. Bu ritmlər ağlı başında olan adamların diqqəti hər hansı bir şeyə yönəltməsi ilə bağlıdır. Bu səbəbdən siçanlarda ürəyin dayanmasından sonra qamma-ritmlərin qalması əsl sürpriz olub.

Belə çıxır ki, ürək dayandıqdan sonra da beyin hiperaktiv olur, informasiya emal edilir, şüur güclənir.

Bu səbəbdən də, təhqiqatçılar hesab edirlər ki, kliniki ölüm insan şüurundakı parlaq illüziyadır.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın