Menu
Geri İrəli

Onlayn internet mağaza fəaliyyətə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

Azərbaycanda ilk dəfə olaraq inşaat və tikinti mallarının topdan satış qiymətinə satılması üçün onlayn internet mağaza (www.evintikilsin.az)  fəaliyyətə başladı.

Saytın yaradıcı olan İsaq Mayılov sumqayitxeber.com-a açıqlamasında bildirib ki, yerli və xarici malları alıcılara zəmanət və keyfiyyətlə ucuz qiymətə təqdim etməkdir. “Biz bu lahiyə barəsində çox düşündük, hamıya məlum məsələdir ki, Azərbaycanda onlayn internet mağaza anlayışı bir mənalı olaraq qəbul olunmur, bizim insanlar mala ilk əvvəl toxunduqdan sonra alırlar. Bilirik ki, bizim üçün çətin olacaq, amma zamanla bizdən sifariş etməklə bizi tanıyacaqlar və etibar edəcəklər. Bizim bir çox üstünlüklərimiz var. Məsələn: Satılan mallar bazar qiymətindən ucuzdur, evdən çıxmadan istədiyiniz malı sifariş edirsiz, biz isə ünvana pulsuz olaraq çatdırırıq və ən əsası öncədən heç bir ödəniş edilmır, sifarişi aldıqdan, yoxlandıqdan sonra ödəniş ediləcəkdir. ” deyə İsaq Mayılov bildirmişdir.

evintikilsin500px

Facebook Şərhləndirmə:

Şərhinizi yazın