Menu
Geri İrəli

Oqtay Şirəliyevin Sumqayıt sakinləri ilə görüşünün nəticələri açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 476 dəfə • Şərh yoxdur
Share Button

Oqtay Şirəliyevin Sumqayıt sakinləri ilə görüşünün nəticələri açıqlanıb

Səhiyyə naziri Oqtay Şirəliyevin Sumqayıt sakinləri ilə görüşünün nəticələri açıqlanıb. Bu barədə musavat.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

 Məlumatda deyilir:
11 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyev Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında Ağdam, Bərdə, Şəki və Fizuli rayon sakinlərini qəbul etmişdir.  Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər vermişdir.
Daxil olmuş 40-a yaxın müraciətlər əsasında qısa müddət ərzində  bir necə nəfəri hepatit komissiyasına, bəziləri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Respublika Dəri Zöhrəvi Dispanserinə, Respublika Klinik Xəstəxanasına, Elmi Cərrahiyyə Mərkəzinə, Milli Onkologiya İnstitutuna, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Səhiyyə Nazirliyin Kadr, Elm və Təhsil şöbəsinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərişlər verilmişdi. Müraciət etmiş sakinlərin bəzilərinə ehtiyac duyduqları dərman preparatları verilmişdir.
 Görülmüş işlər sakinlər tərəfindən minnətdarlıqla qarşılanmisdir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın