Menu
Geri İrəli

Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 10,087 dəfə • 2 şərh

Təhsil Nazirliyi beş və altı günlük orta məktəblərdə qış tətili günlərinin vaxtını açıqlayıb. NazirlikdənLent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli 339 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib.

Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili dekabrın 29-dan yanvarın 6-na qədərdir. Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 28-i, II yarımilin ilk dərs günü yanvarın 7-sidir.

Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə dekabrın 30-dan yanvarın 6-na qədər qış tətilidir.

Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 29-na,  II yarımilin ilk dərs günü isə  yanvarın 7-nə təsadüf edəcək.

orta-mekteb

Facebook Şərhləndirmə:

“Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı” yazısına 2 cavab

  1. ayla deyir:

    dəqiq deyə bilərsinizmi

  2. Afiza deyir:

    Hecne baw acmadm :/

Şərhinizi yazın