Menu
Geri İrəli

Orxan Əliyev: “Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2013 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş “Sumqayıt” Futbol Klubunun və 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev vətənə qayıdıb. Komandanın bu günki məşqini izləyən adıçəkilən futbolçu vəziyyəti ilə əlaqədar olaraq klubun rəsmi saytına açıqlama verib:“Almaniyada əməliyyat olunduqdan sonra bir həftə xəstəxanada qaldım. Hazırda özümü yaxşı hiss edirəm. Belə şeylər hər bir futbolçunun başına gəlir. Üç aydan sonra yüngül şəkildə məşqlərə başlayacağam. Ümumilikdə, həkimlər altı aydan sonra tam vəziyyətə gələcəyimi deyir. Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir”.
Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt” Futbol Klubunun heyətində 17 oyunda (1252 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib

Facebook Şərhləndirmə:

Şərhinizi yazın