Menu
Geri İrəli

Ötən il Sumqayıtda nə qədər sığorta hadisəsi qeydə alınıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2014 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur
Share Button

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan şirkətlər tərəfindən ötən il 18 min 447 sığorta tələbi üzrə 25,3 milyon manatdan çox ödəniş həyata keçirilib.

İSB-dan bildiriblər ki, bu sığorta tələbləri 16 min 800 sığorta hadisəsini əhatə edib. Sığorta hadisələrinin 78,9 faizi Bakı şəhəri və Abşeron yarımadası ərazisində, 3,42 faizi Sumqayıt, 2,09 faizi Gəncə, 1,15 faizi Şəki, 1,03 faizi Bərdə, 0,89 faizi Şirvan, 0,80 faizi Astara, 0,78 faizi Yevlax, 10,9 faizi isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb.

AzərTAcqeza
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın