Menu
Geri İrəli

Oxumasanız da olar

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2010 • Baxış sayı: 330 dəfə • 1 şərh

Lətifə

2030-cu il

Milli Parkdakı veteranlar Pənah bəy Hüseynin davamlı olaraq qulağında nauşnik olduğunu görürlər. Nə qədər cəhd edirlər, yalvar-yaxar eləyirlər, ancaq Pənah bəy nauşniki çıxarmır ki, çıxarmır.

Bir gün bir ağsaqqal Pənah bəyin nə üçün nauşnik taxdığını öyrənmək üçün plan qurur. Elə ki, Pənah bəy Milli Parkda, domino stolunun arxasında əyləşir, domino çırpmağa başlayır, onun başının qarışmasından istifadə edən həmin ağsaqqal arxadan yapışıb qəflətən nauşniki bəyin qulağından çıxarır.

Gözləri bərəlmiş halda bir müddət onu süzdükdən sonra Pənah bəy arxası üstə yerə yıxılır və elə oradaca vəfat edir. Hamı heyrət içində bu mənzərəni seyr edərkən həmin ağsaqqal nauşniki götürüb öz qulağına taxır. Görür ki, nauşniklərdən səs gəlir:

- Nəfəs al, nəfəs ver… Nəfəs al, nəfəs ver…

Lətifə

Azərbaycan nümayəndə heyətinin tərkibində Fransada səfərdə olan şairlər İbrahim İlyaslı və Sabir Yusifoğlu Eyfel qülləsinin başına çıxıb o ki var içirlər. Dəm olandan sonra Sabir Yusifoğlu üzü aşağı boylanır və deyir:

- Vay vay vay. Yer necə də uzaqdır. Görəsən burdan yıxılsam, neçə günə yerə düşərəm?

İbrahim İlyaslı da aşağı boylanaraq söyləyir:

- Azı bir həftəyə.

Sabir Yusifoğlu başını bulayır:

- Nə uzun müddətə… Bəs görəsən ölərəm?

İbrahim İlyaslının qəhqəhəsi aləmi başına götürür:

- A qıvlasız, sən lap multfilm imişsən ki. Ə niyə ölmürsən ki? Yəni, bir həftə ac-susuz yol gedəjəksən, ölməyəjəksən?

Lüğət

Buşmen – C.Buşun komandasından olan

Vazelin – VAZ-ın məhsulu

Fərq

İngiltərəli uşaqlar böyüyəndə Roman Abramoviç kimi varlı olub yaxta almaq istəyirlər. Somalili uşaqlar isə böyüyəndə Roman Abramoviçin yaxtasını ələ keçirmək istəyirlər.

Sizcə, bəs azərbaycanlı uşaqlar nə istəyirlər?

Elan

Diqqət. Avro qıtlığına görə Sumqayıtın valyuta dəyişmə məntəqələrində avro köhnə ət yağ talonları ilə veriləcək.

Müasir hit

I

Payızdır, soyuq düşüb,

Kurtkasızlar büzüşüb.

Yağış yağır, gəlir sel,

Plan doldurur qazel.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

II

Ərşə qalxıbdır qiymət,

Necə alım mən yağ, ət.

Dostum – nisyə dəftəri,

Bazardayam, gəl bəri.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

III

Bir konturluq vızov var,

Mesaj gözləyir hey yar.

Xəyalım gəzir Çini,

Hanı poçt göyərçini?

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

IV

İndi dəyişib həyat,

Dayı şotuna ye, yat.

Diplom gəlməyir kara,

Avarasan, avara.

Hər gün axtarıram iş,

Axtarmaq olub vərdiş.

Qapıdan ötürürlər,

Ancaq qız götürürlər.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

V

İstəsəm edim alver,

Arendaya olmaz yer.

Tas qoyar hər bir orqan,

Adamda qoymazlar qan.

İstəsəm sürüm maşın,

Yaman ağrıyar başım.

Etməsəm də heç çepe,

Qandallayar deyepe.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

VI

Dostlarım Nəmiş, Mitoş,

Dedilər az əs, az çoş.

Borc al, nə çoxdur qohum,

Tinlərdə dur, çırtla tum.

Bukmeykerdə get yaz şot,

Ya loto al, ud çek-pot.

Bunları da sınadım,

Heç nə udmadım, yandım.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

VII

Kitab alsan əlinə,

Söyüş gəlməz dilinə.

Əmbə oxuyan azdır,

Bu biznesmen, o bazdır.

Yaxşı mahnı dinləsən,

İnan ki, dincələrsən.

Əmbə hamısı bozbaşdır,

Əyri ayaq, daz başdır.

Nəqarət

Zavtraka ye rulet,

Teatra al bilet,

Həyat baletdir, balet.

IX

Küçədəki avtoşlar,

Tinlərdəki qaqaşlar

Saqqızlı gözəlçələr

Fiquralı sərçələr,

Əhlimanam, yazaram,

Poeziyada azaram.

Qoy axsın nöyütümüz,

Sizədir öyüdümüz.

Nəqarət

Zavtraka ye kotlet,

Əlvin altda internet.

Bircə yox olmasın set.

Təki, yox olmasın set!

Qara lətifə

Braziliyanın məşhur “Kapakabano” sirkinin bir nömrəsi xüsusilə populyardır. Şoumen əlindəki çomaqla timsahın başından vurur, timsah ağzını açıb şoumenin ayaq barmaqlarını ağzına salır. Sonra şoumen təkrarən timsahın başına vuranda timsah barmaqları heç bir xətər tooxundurmadan buraxır.

Sentyabr ayında “Kapakabano” sirki Ermənistanda qastrolda olur. İrəvanın baş meydanında qurulan səyyar səhnədəki bu şounu izləməyə minlərlə erməni gəlir. Hətta prezident Serj Sərkisyan da tamaşaçılar arasında olur. Şoumen səhnəyə çıxır və şounu göstərir. Azı on dəqiqə əhali onu alqışlayır.

Şoumen soruşur:

- Aranızda bunu edə biləcək bir nəfər varmı?

Heç kəsdən cavab çıxmadığını görən Serj Sərkisyan ətrafındakılara deyir:

- Ara, ermənilər hər şeyi bacarırlar. Niyə heç kim çıxıb eləmir? Niyə millətin adını batırırısız? Burda nə var ki?

Sonra ortaya çıxıb şoumenə deyir:

- Mən özüm – Ermənistanın prezidenti bunu edəcəm. Ancaq söz ver ki, çomağı başıma bərk vurmayassan.

Lətifə

Kəmaləddin Heydərov mobil telefonla müavinlərindən birinin nömrəsini yığır.

Telefondan cavab gəlir:

- Zəng etdiyiniz abonent əhatə dairəsi xaricindədir.

Kəmaləddin Heydərov əsəbiləşir:

- Yığan mənəm, Kəmaləddin Heydərov.

Telefondan dərhal cavab gəlir:

- Bağışlayın, bu dəqiqə calayaram.

Qabaqcıl təcrübə

7 Noyabr Parlament seçkilərinə həddən artıq namizəd qatıldığı səbəbindən seçkilərin nə dərəcədə demokratik qaydada keçiriləcəyini ayırd etmək üçün “Hədəf” qrupu “Ox-kaman” adı altında ekzitpol keçirəcək.

Küçəyə namizədlərin şəkilləri yapışdırılmış hədəflər qoyulacaq. 10 metr məsafədə ox-kaman qoyulacaq. Hər yoldan keçən seçici ürəyi istədiyi namizədi oxla vuracaq. Sonda ən çox deşilmiş şəklin müəllifi ən arzuolunmaz namizəd hesab olunacaq.

Narazılıq

Elektromantyor Məmmədov öz valideynlərindən olduqca narazıdır. Bir ona qoyduqları ada baxın – Elektromantyor.

Erudit – loto

1. Bu binalardan hansı Sumqayıt şəhərinin keçmiş tarixinə aiddir?

a) Piza qülləsi

b) Ağ ev

c) Yaşıl bina

2. Bu avtomobillərin hansı ümumxalq sevgisi ilə əhatə olunmuşdur?

a) Lombarcini

b) Rolls-roys

c) Qazel

3. Bu dahi siyasətçilərdən hansının adı texniki tərəqqi simvolu ilə qoşa çəkilir?

a) Fəzail Ağamalı

b) Siyavuş Novruzlu

c) Sabir Tarıverdiyev

4. Bu canlılardan hansı şəhərimizin küçələrinə daha çox adaptasiya olub?

a) Dəvə

b) Kenquru

c) Qoyun

5. Bu deputatlardan hansının meşələrlə bağlılığı var?

a) Nizami İsgəndərovun

b) İkram İsrafilovun

c) Baba Tağıyevin

6. Məmurlar üçün ən qorxulu şey nədir?

a) Bankrotluq

b) Narkotika

c) Mətbuat

Aydınlıq

Deputatlığa namizədlərdən soruşurduq: Siz niyə deputatlığa namizədliyinizi irəli sürmüsünüz?

1. Baba Tağıyev: 5 il parlamentin kreslosunda elə rahat mürgüləyib şirin yuxular görmüşəm ki. İstəyirəm bu, daha 5 il davam etsin.

2. Tofiq Yadigarov: Namizədliyimi verəndə bilirlər ki, mən ciddi adamam, obyektimi elə də çox yoxlamırlar.

3. Oqtay Ağayarov: Diqqət mərkəzində olmaq, minlərlə insana podderjka eləmək mənə xoş gəlir.

4. Yusif Salmansoy: Ötən seçkilərdə maşın almışdım, indi onu təzələmək istəyirəm.

5. Sabir Tarıverdiyev: Efirdə ki, adama 5 dəqiqə vaxt verirlər, bax o beş dəqiqədə ağzıma gələni danışmaqçün seçkiyə gedirəm.

6. Məharət Xasıyev: Uşaqların sınıq-salxaqını düzəltmək üzrə məharətimi çox görüblər, indi də bu məharətimi deputat həmkarlarımla münasibətdə göstərmək istəyirəm.

7. Ələddin Ağayev: Təqaüdçü üçün vaxt keçirməyə Milli Məclisdən əlverişli məgər yermi var?

Facebook Şərhləndirmə:

“Oxumasanız da olar” yazısına bir cavab

  1. Eldar deyir:

    Yeni iliniz MUBAREK(temadan kenar olsa da)

Şərhinizi yazın