Menu
Geri İrəli

“Parabank” Sumqayıtda yarmarka keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2010 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

Yarmarkada bankın nümayəndələri əhalinin suallarını cavablandıracaq

“Parabank” ASC Sumqayıt şəhərində yeni məhsullar haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkada yeni məhsullar və əhalini maraqlandıran digər suallar haqqında “Parabank”ın peşəkar mütəxəssisləri iştirak edərək cavablandıracaqlar.

Yuxarıda qeyd olunanlarla maraqlananları oktyabrın 30-da Sumqayıt şəhər Ticarət Mərkəzinə və Şərq bazarına gələ bilər.

Qeyd edək ki, əlavə məlumat əldə etmək üçün “Parabank” ASC-nin məlumat mərkəzinə şəhər telefonlarından və mobil operatorlardan 139 nömrəsinə müraciət etmək olar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın